16 Yanvar 2019 08:15
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın baş naziri Justin Trudeau Çində narkotik ittihamı ilə həbs olunan ölkəsinin vətəndaşına edam cəzası verilməsini son dərəcə narahatedici vəziyyət kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, Çinin Liaoinq əyalətinin Dalien şəhərində narkotik ittihamı ilə saxlanılan Robert Lloyd Şellenberq 2016-cı ildə 15 il həbsə məhkum edilib.

Ancaq bir müddət əvvəl Çin məhkəməsi yenidən məsələyə baxaraq kanadalı haqqında edam qərarı çıxarıb.

Kanada baş naziri Justin Trudeau isə məhkəmənin 15 illik həbs qərarını edam qərarına dəyişməsindən ciddi narahat olduğunu dilə gətirib.

O, əlavə edib ki, Çin məhkəməsinin bu qərarını Kanada kimi digər ölkələr də narahatlıqla qarşılamalıdır:

“Çin bir Kanada vətəndaşı üçün “kefli şəkildə” ölüm cəzası seçib. Bu, bizim üçün ciddi siqnaldır. Kanada bu mövzu ilə əlaqəli Çinlə müzakirələri davam etdirəcək”.


Müəllif: Cavad