15 Yanvar 2019 21:58
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Rusiyanın S-400 raket-zenit sistemlərini almaqdan imtina etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, ölkəsi Rusiya və ABŞ istehsalı olan zenit-raket komplekslərinin alınması arasında əlaqə görmür.

“Milli təhlükəsizliyimizin təmin edilməsi üçün lazım olanları edəcəyik. Ankara lazım olan texnologiyaları istənilən ölkədə alacaq”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com