16 Yanvar 2019 00:15
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə razılaşmasını qəbul etmədi.

Teleqraf.com xəbər verir ki, baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəkləyib, 432 parlamentari isə əleyhinə səs verib.

Bundan sonra Böyük Britaniyanın bir neçə variantı qalır: ölkə iqtisadiyyatı üçün ağır nəticələnə biləcək Aİ-dən razılaşmasız çıxış, "Brexit"in tarixinin dəyişdirilməsi, növbədənkənar ümumi seçkilərin keçirilməsi və ya yeni referendumun keçirilməsi.


Müəllif: Teleqraf.com