16 Yanvar 2019 10:19
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kəşfiyyatı ölkədə fəaliyyət göstərən Alternativ Partiyanı nəzarəti altına alıb.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinə, islama və köçkünlərə qarşı düşməni fikirlərlə tanınan partiyanı ölkənin daxili kəşfiyyat qurumu olan AFD daima izləyir.

Məlumata görə, Almaniya Konstitusiyanı Mühafizə Təşkilatı (AFD) partiyanı bütünlüklə araşdırmaq qərarını verib. Bundan sonra bu partiyanın mətbuata açıqlamaları, baxışları daxil olmaqla bütün addımları sistematik olaraq qiymətləndiriləcək.

Almaniya Konstitusiyanı Mühafizə Təşkilatının direktoru Tomas Haldenvanq bildirib ki, bir sıra irqçi şəbəkələr bu partiyanın adı altında fəaliyyət göstərir.

Daxili işlər naziri Horst Şehofer isə deyib ki, bu, siyasi qərar deyil və onun arxasında dururlar.

Qeyd edək ki, mayın sonunda keçiriləcək Avropa Parlamentinə seçkilərə hazırlığın başladığı bir zamanda Alternativ Partiya ölkənin Avropa Birliyindən çıxması, yenidən alman maraqlarına geri qayıtması mövzusunda fikirlərini dilə gətirir.


Müəllif: Cavad