16 Yanvar 2019 12:10
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2019-cu ildə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəstək verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy bildirib.

Tolstoy bu barədə Rusiyanın rəsmi mövqeyini AŞPA yetkinlisi Lilian Mori Pakuerə çatdırıb: “Rusiya bu il AŞPA-ya dəstək verməyəcək. İzləməyəcəyimiz filmə bilet almayacağıq”.

O, qeyd edib ki, Rusiya iştirak etmədiyi AŞPA iclaslarında qəbul ediləcək qərarları tanımayacaq.

Pyotr Tolstoy qurum daxilində anti-Rusiya ab-havasının hökm sürdüyünü deyib və rəsmi Moskvanın qərarını bununla izah edib.


Müəllif: Mənsur Rəğbətoğlu