16 Yanvar 2019 13:07
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı planı budur ki, münaqişə üzrə danışıqlarda Ermənistan tərəf kimi iştirak etməsin. Seçicilər də ona səs verərkən bunu nəzərə almışdılar”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib.

Ekspert hazırkı mərhələdə danışıqların Ermənistan və Azərbaycan arasında aparıldığını, lakin Paşinyanın bu formatı dəyişdirməyə cəhd etdiyini bildirib:

“Danışıqlar davam edir, lakin bu proses konkret məsələlər üzərində getmir. Əgər söhbət Qarabağın statusundan gedirsə, demək, hazırkı Ermənistan hakimiyyəti seçiciləri aldadıb.

Qarabağ məsələsi digər yerinə yetirilməyən vədlərdən çox fərqlidir. Məsələn, Şarl de Qoll seçkilərdən əvvəl fransız hərbi qüvvələrinin Əlcəzairdən heç vaxt çıxarılmayacağı vədini verdi. Amma seçildikdən sonra tamamilə əks addım atdı. Yəni, Nikol de Qoll, Qarabağ isə Əlcəzair deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu