16 Yanvar 2019 20:28
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin dövlət xadimi, “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri, hərbi-siyasi məsələlər və beynəlxalq siyasət üzrə ekspert Yakov Kedmi Tvitter sosial şəbəkəsində xarici siyasətin vacib məsələləri üzrə qeydlərini paylaşıb.

Teleqraf.com xəbər verir ki, Yakov Kedmi ABŞ-ın Vladimir Putindən niyə qisas aldığını öyrəndiklərini vurğulayıb:

“Bu gün Qərb KİV-ləri gündəlik olaraq Vladimir Putinin şəxsiyyəti ilə bağlı dezinformasiya yaymaq üzərində aktiv işləyirlər. Burada söhbət Ukraynadan və Moskvanın ona etdiyi təcavüzündən getmir. Daha dərin hədəflər təqib edilir. Bütün bu medianı izlədikdə və siyasətçilərin yazdıqlarını oxuduqda, dinlədikdə Putinin əsas insan hüquq və azadlıqlarına hörmət göstərməyən, siyasi sui-qəsdlər tətbiq edən, liberal iqtisadiyyatın qızıl qaydalarına riayət etməyən bədheybət olduğu göz önündə canlanır”.

Yakov Kedmi ancaq bu dezinformasiya kampaniyasının çox sadə səbəbinin olduğunu qeyd edib: “Qərb rus məmurlarının yeni nəslinə güvənən və XX əsrin sonlarında Rusiyanı dərin böhrandan çıxaran bir insanın hərəkətlərindən narazıdır.

SSRİ dağıldıqdan sonra Qərb biznesinin planlaşdırdığı “iri yırtıcı layihələr” əla başlanğıca baxmayaraq tezliklə bir insanın – Putinin sayəsində bloklandı. Qərb mediasının isterik kampaniyası da burdan qaynaqlanır”.


Müəllif: Səxavət Həmid