17 Yanvar 2019 07:35
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamenti daha öncə baş nazir Tereza Meyin "Brexit" üzrə Aİ ilə təklif etdiyi razılaşmanı rədd etməsinə baxmayaraq hökumətə etimad bildirib.

Teleqraf.com xəbər verir ki, etimadsızlıq rəyinə qarşı 325 parlament üzvü səs verib, 306 nəfər onu dəstəkləyib.

Beləliklə, bu səsvermə Tereza Meyin baş nazir vəzifəsində qalması deməkdir. Bazar ertəsi günü o, 29 mart 2019-cu il tarixinə planlaşdırılıan "Brexit"lə əlaqədar yeni tədbirlər planını təqdim etməlidir.


Müəllif: Teleqraf.com