17 Yanvar 2019 11:18
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı sanksiyalara görə ABŞ 7 milyard dollar xərcləyib və heç bir uğur qazanmadığını etiraf edib. ABŞ dünyanı idarə edə bilməz. Biz bu həqiqətə uyğun şəkildə hərəkət etməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Mədəmməd Cavad Zərif deyib.

Cavad Zərif İranın Kərbəla konsulluğunda keçirilən toplantıda çıxışı zamanı İraqda yüksək post tutan rəsmilərin İranla işbirliyi qurulmasına maraqlı olduğunu bildirib:

“Lakin nisbətən aşağı postdakı rəsmi şəxslər ABŞ hegemonluğundan qoxduğu üçün bununla razılaşmır”.


Müəllif: Nərgiz