17 Yanvar 2019 11:27
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı fəallar Mədinə (Ulduz) Qasımi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarinin məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, mədəni fəaliyyətinə görə 7 ay azadlıqdan məhrum edilmiş Əmir Səttariyə məhkəmə prosesinə qatılmağa icazə verilməyib.

Fəallar özünümüdafiə mətnini Azərbaycan-türk dilində hazırlayıb, lakin həmin mətn hakim tərəfindən qəbul olunmayıb.

Fəallar bu məsələyə görə məhkəmə prosesinə etiraz ediblər. Cavad Əhmədi Yekanlı bildirib ki, məhkəməyə təqdim olunacaq mətn yalnız türk dilində olacaq.

2 saat davam edən məhkəmədə fəallara hökm oxunmayıb.

Qeyd edək ki, azərbaycanlı fəallar İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu