17 Yanvar 2019 14:37
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitə üzvü Maykl Makkol Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında planlaşdırılan ikinci görüşün yerini açıqlayıb.

Teleqraf.com “Blomberq”ə istinadla xəbər verir ki, Maykl Makkol liderlərin Vyetnamda görüşəcəklərini söyləyib.

Onun sözlərinə görə, çox güman, dövlət başçıları Vyetnamın paytaxtı Hanoyda bir araya gələcək.

Qeyd edək ki, ABŞ prezidenti ilə Şimali Koreya lideri ilk dəfə ötən il iyunun 12-də Sinqapurda görüşmüşdü.


Müəllif: Nərgiz