17 Yanvar 2019 14:17
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə hədiyyə hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yerli KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, bu, şarplanin cinsindən olan çoban itinin üçaylıq balasıdır.

Küçüyün yaxşı damazlıq cinsdən olduğu qeyd olunub.

Qeyd edək V.Putin bu gün Belqrada işgüzar səfər edəcək. Onu Rusiyadan, Serbiyadan və digər ölkələrdən 600-dək jurnalistin müşayiət edəcəyi bildirilir.

İki ölkə arasında 20-dən çox müqavilənin imzalanacağı bildirilir. Bu müqavilələr nəqliyyat, energetika və rəqəmsal iqtisadiyyat sahələrini əhatə edəcək.


Müəllif: Səxavət