17 Yanvar 2019 16:09
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı jurnalist Yelena Boyko ölkədən deportasiya edilib.

Teleqraf.com xəbər verir ki, uzun illər Rusiyada yaşayan və Ukrayna prezidenti Poroşenkoya müxalif mövqe tutan jurnalist qanunsuz məskunlaşma səbəbindən deportasiya edilib.

O, Poroşenkoya müxalifətdə olduğu üçün Rusiyadan siyasi oturum istəyib.

Onun bu tələbi rədd edilib və ölkədən çıxarılıb.

Rusiya mediası Boykonun Ukraynaya göndərildikdən sonra saxlanıldığını, prokurorluğun jurnalist barəsində araşdırma apardığını və məhkəməyə çıxarılacağı təqdirdə həbs ediləcəyini bildirib.


Müəllif: Cavad