17 Yanvar 2019 16:37
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda övladlığa götürülən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanlarına çevrilirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sosial işlər naziri Gevorq Petrosyan deyib.

Nazir son illərdə kimsəsiz uşaqlar üzərində təhlükəli oyunların oynanıldığını və övladlığa götürülən uşaqların sonradan daxili orqanlarının satıldığını bildirib.

“İki belçikalı milyarder iki usağı övladlığa götürmək üçün Ermənistana gəlir. Bunu nə üçün etdikləri bəlli deyil? Bu uşaqların daxili orqanlarının satılacağına dair şübhələr vardı və təsdiq olundu. Xüsusilə də əcnəbilər tərəfindən uşaqlarımızın övladlığa götürlməsi məsələsində ehtiyatlı olmaq lazımdır”.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da erməni uşaqların insan alveri ilə məşğul olan təşkilatlar vasitəsilə övladlığa götürüldüyünü bildirib:

“Mafiyalar belə ölkəmizdə çox rahat hərəkət edirlər və bu işlə məşğuldurlar”.


Müəllif: Mənsur Rəğbətoğlu