17 Yanvar 2019 17:47
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Suriyada İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

Pens Menbiçdə İŞİD-in amerikalı hərbçilərə hücumundan sonra ABŞ-ın öz hərbi qüvvələrini Suriyada saxlayıb-saxlamayacağı barədə belə deyib:

“Bölgədə qalacağıq və İŞİD-in yenidən baş qaldırmaması üçün mübarizəni davam etdirəcəyik. Hərbi qüvvələrimizi və koalisiyanı müdafiə edəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbi qüvvələrin çıxarılacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu