18 Yanvar 2019 00:30
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinə (Pentaqon) gələrək raketdən müdafiə sistemlərinin vəziyyətilə bağlı çıxış edib.

Teleqraf.com xəbər verir ki, Tramp İranın kosmik peykinin uğursuz uçuşunu qeyd edərək bildirib ki, əgər uçuş uğurlu olsaydı bu, İrana vacib informasiyalar ötürəcəkdi: "Qitələrarası Balistik Raket arayışlarında da bu məlumatlardan istifadə edə bilərdilər. ABŞ-a çatmağa yönəli hər hansı cəhdə icazə verməyəcəyik. Biz İranla nüvə anlaşmasını ləğv etməklə möcüzə yaratdıq. İran iki il öncəkindən daha fərqli ölkədir. ABŞ texnoloji baxımdan rəqiblərindən daha öndə olmalıdır. ABŞ hər cür raket növlərindən özünü müdafiə etməyi bacarmalıdır. Kosmosu müharibə meydanı olaraq görürük. Bu üzdən Kosmik Qüvvələr Komandanlığı bizə yönələn raketləri endirməyi bacarmalıdır. Raketin tipi və buraxıldığı məkan nə olursa olsun, buna icazə verməyəcəyik".

Tramp ABŞ-ın çox zəngin ölkə olduğunu bildirərək müttəfiqlərin qoruma haqqını ödəmələrinin vacibliyini bir daha qeyd edib: "Yeni seçiləndə Avropada ən məşhur siyasətçi kimi qəbul edilirdim. Müdafiə xərclərinin ödənilməsi məsələsini qaldırandan sonra populyarlığımı itirdim".


Müəllif: Teleqraf.com