18 Yanvar 2019 07:05
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu Filipp avtomobil qəzasına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, 97 yaşlı Filippin idarə etdiyi maşın qarşıdan gələn avtomobillə toqquşduqdan sonra çevrilib.

Hadisənin təfərrüatı açıqlanmır. Qəza nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com