18 Yanvar 2019 14:39
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorostiyə hökm oxuyub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarına əsasən, fəal 6 ay azadlıqdan məhrum edilib.

Fəal 2018-ci il dekabrın 9-da Xoyda polis tərəfindən saxlanılıb.

O 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulmasının (21 Azər Hərəkatı) ildönümü münasibəti ilə bildiriş yaymaqla siyasi hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham olunub.


Müəllif: Mənsur Rəğbətoğlu