18 Yanvar 2019 15:50
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ liderliyindəki anti-İŞİD Koalisiya Qüvvələri Suriyanın Deyrizor şəhərində bir məscidi bombardman edib.

Teleqraf.com xəbər verir ki, məscidin İŞİD tərəfindən nəzarət mərkəzi kimi istifadə edildiyi iddia olunub.

Məsciddə kiminsə olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, keçən ay koalisiya qüvvələrinin Heccin bölgəsində bir məscidi bombalaması nəticəsində çoxlu sayda insan həlak olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu