18 Yanvar 2019 16:01
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Maqnitoqorsk şəhərində baş verən və 39 nəfərin ölümü ilə nəticələnən partlayış hadisəsini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Moskva Tayms” qəzeti məlumat yayıb.

Rusiyalı yetkililər isə partlayışın qaz xətlərində yaranmış nasazlığa görə yarandığını açıqlamışdı.

Rusiya İstintaq Komitəsi bu gün yaydığı açıqlamada da partlayışla bağlı bütün ehtimalların nəzərdən keçirildiyini və əsas ehtimalın təbii qaz xətləri ilə bağlı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu