19 Yanvar 2019 09:34
2 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda deputat Salman Xudadinin cinsi təcavüzünə məruz qalan güney azərbaycanlı qadın Zəhra Nəvidpurun müəmmalı ölümü ilə bağlı sosial şəbəkələrdə kampaniya başlayıb.

Teleqraf.com xəbər verir ki, Güney Azərbaycandan olan qadınlar #MeToo (Mən də) haştağı ilə başlayan kampaniyaya qoşulublar.

Kampaniyanın iştirakçısı olan qadınlar xəstəxanalar, ictimai nəqliyyat və iş yerlərində cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.

Paylaşımlar Azərbaycan dilində edilir.

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpurun müəmmalı ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı məsələlər Güney Azərbaycanda gündəmə gəlib.

Zəhra bir neçə ay əvvəl İran parlamentinin deputatı Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

57 yaşlı Salman Xudadadi vaxtilə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən biri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Xatırladaq ki, Məlikanın Təzəqala kənd sakini Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun qəsdən qətlə yetirildiyi iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu