18 Yanvar 2019 20:23
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki xəstəxanada xəstənin bir qadını girov götürməsilə bağlı keçirilən əməliyyat başa çatıb.

57 yaşlı qadını girov götürən 40 yaşlı xəstə ələ keçirilib.

Onun əməliyyat zamanı yüngül xəsarət aldığı bildirilir.

17:29

Almaniyada naməlum şəxs bıçaqla klinikaya hücum edib.

Bu barədə "Passauer Neue Presse" qəzeti yazıb.

Hadisə Bavariyanın Deggendorf rayonunda qeydə alınıb.

Onun bəzi şəxsləri girov götürdüyü, polisin onları xilas etmək üçün klinikanı mühasirəyə aldığı bildirilir.


Müəllif: Mənbə/Report