18 Yanvar 2019 21:13
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir.

Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir.

Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.


Müəllif: Teleqraf.com