18 Yanvar 2019 22:45
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu ölkənin şərqində keçirdiyi əməliyyatı dayandırıb.

Teleqraf.com xəbər verir ki, Homs və Deyr-ez-Zor əyalətlərinin şərqindən çıxarılan qüvvələr Hama və İdlib əyalətlərinə göndərilir. Məqsəd “Həyat Təhrir əş-Şam” qruplaşması və Şərqi Türküstan İslam hərəkatı üzvlərinin nəzarət etdiyi şimal-qərbdəki regionlar uğrunda döyüşlər aparmaqdır.

Qeyd olunur ki, son vaxtlar radikal qruplaşmaların döyüşçüləri geniş miqyaslı hücuma keçiblər.


Müəllif: Teleqraf.com