19 Yanvar 2019 09:25
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin Kiyevə dizel yanacağı satması və bununla Ukrayna tanklarının yanacaqla təchiz olunması iddialarına cavab verib.

Teleqraf.com-un məlumatına görə, Belarus dövlət başçısı belə tənqidləri daim eşitdiyini, bu səbəbdən ona mütləq cavab verməli olduğunu deyib: "Axı Ukraynada dizel yanacağının hamısı Rusiyanındır... Həm də ruslar benzin və yanacaq göndərişinin həcminin durmadan artırırlar".

Lukaşenko Ukraynaya satılan yanacağın həcmini azaltdıqlarına diqqət çəkib: "Sadəcə bizi Ukrayna bazarına getməyə məcbur qoyurlar. Özü də təkcə neft məhsulları ilə yox, gübrə və başqa bu kimi sahələrdə də..."


Müəllif: Mahir