19 Yanvar 2019 11:16
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko İsrailə rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Poroşenko səfər çərçivəsində İsrail Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşəcək.

Yanvarın 21-də iki ölkə rəhbərinin iştirakı ilə Ukraynanın iqtisadiyyat naziri Stepan Kubiv israilli həmkarı Eli Kohenlə ikitərəfli ticarət sazişi imzalayacaq.

İsrailin Ukraynadakı səfiri Yoel Lyonun sözlərinə görə, müqavilənin imzalanması Qüdsdə - Yerusəlimdə baş tutacaq.

Diplomat İsrail və Ukraynanın bir-birini etibarlı müttəfiq olaraq qəbul etdiyini bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu