19 Yanvar 2019 11:25
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir aydır hökumətin fəaliyyətini dayandıran ABŞ Prezidenti Donald Tramp rəsmi səfərləri qadağan etsə də, bu qərarını həyat yoldaşı Melaniya Trampa şamil etməyib.

Teleqraf.com xəbər verir ki, hökumətin fəaliyyətini dayandırdığını əsas gətirən Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının başçısı Nensi Pelosinin Belçika, Misir və Əfqanıstana, eyni zamanda Davosda keçiriləcək Dünya İqtisadi Forumuna ABŞ nümayəndə heyətinin səfərlərini ləğv edib.

Amma o, həyat yoldaşına sərbəst səyahət imkanı yaradıb.

Tramp Milaniya Trampın öz iş təyyarəsi ilə Vaşinqtondan Mara Laqoya uçmasına göz yumub.

ABŞ mediasının iddiasına görə, Melaniya Trampın tətil səyahəti 35 min dollara başa gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu