19 Yanvar 2019 12:24
2 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın region parlamentlərini təmsil edən deputatlar yerli hökumətdən istehlakçıların təbii qaza olan borcunun silinməsini tələb edirlər. Onları Çeçenistan məhkəməsinin qərarı ruhlandırıb. Çeçenistanda məhkəmə prokurorluğun yığılmış 9 milyard rubl borcun geri qaytarılmasına ümid olmadığı fikri ilə razılaşıb.

Teleqraf.com xəbər verir ki, Çuvaşiya Dövlət Şurasının deputatı Konstantin Stepanov yerli prokurorluğa sakinlərin qaz borcunu ləğv etməyi xahiş edib.

“Çuvaşiyada vəziyyət Çeçenistandan daha pis deyil”, deyən deputat sakinlərin 3 milyard rubl qaz borcu yığılmasının ürəkaçan hal olmadığını bildirib.

Analoji xəbər Krasnoyarskdan da gəlib. Bu diyarda da deputat Denis Pritulyak Çeçenistan nümunəsini əsas götürməyə çağırıb.

Smolensk Vilayət Dumasında da oxşar çağırışlar səslənib.


Müəllif: Səxavət