19 Yanvar 2019 22:59
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.

Teleqraf.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib ki, itkin düşənlər arasında 10 qadın və 2 uşaq da var.

Miqrantlardan çoxu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.


Müəllif: Teleqraf.com