20 Yanvar 2019 00:15
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri briqada generalı Əhməd Rıza Purdastan bildirib ki, Əfqanıstanda minlərlə İŞİD yaraqlısı ABŞ və bölgə dövlətlərindən dəstək alır.

Bu barədə "Fars News" nəşri məlumat yayıb.

"Əfqanıstan ərazisində böyük sayda, təqribən yeddi min İŞİD yaraqlısı var, onlara silah tədarükünü Səudiyyə Ərəbistanı, BƏƏ maliyyələşdirir, amerikalılar isə onlardan (terrorçulardan) İran, Rusiya və Çinə təzyiq vasitəsi kimi istifadə edirlər", - deyə Purdastan bildirib.

O qeyd edib ki, ölkənin kəşfiyyat xidmətlərinin səmərəli işi sayəsində İran terrorçuların dəqiq harada olduqlarından məlumatlıdır.


Müəllif: Teleqraf.com