20 Yanvar 2019 08:18
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi-dəniz qüvvələrinin Donald Cook gəmisi Dardanel boğazından keçərək Qara dənizə yönəlib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərbi-dəniz Qüvvələrinin 6-ci flotunun mətbuat xidməti məlumat yayıb

"Donald Cook yanvarın 19-da Dardanel boğazından keçərək şimala - Qara dənizə istiqamət alıb. Məqsəd dənizdə təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirmək, stabilliyi, NATO-dakı müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə hərbi hazırlığı möhkəmləndirməkdir", - mətbuat xidmətinin məlumatında deyilir.


Müəllif: Nahid