20 Yanvar 2019 16:44
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iş adamı Hakan G. evində pişiyi dəfələrlə döyərək mobil telefonun kamerasına çəkib.

Teleqraf.com xəbər verir ki, qandonduran görüntülərin ötən aylara aid olduğu aydınlaşdırılıb.

O, pişiyi yedirməsinə baxmayaraq, çağıranda yanına gəlmədiyi üçün əsəbiləşib. Uşaqları otaqdan çıxarıb qapını bağlayan Hakan çubuqla pişiyi dayanmadan döyüb. Pişik qaçmağa çalışarkən pəncərənin yanında tutub yenidən işgəncə verib.

Pişiyə əziyyət verib sosial şəbəkədə paylaşan Hakan G. dəlixanaya göndərilib.


Müəllif: Aytən