20 Yanvar 2019 17:59
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına hücum olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə polis rəsmisi Şapur Əhmədzay bildirib.

Onun sözlərinə görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil Kabildən Loqara gedən qubernatorun karvanına tərəf sürülüb və partladılıb. Baş verən partlayış nəticəsind əazı 8 nəfər həlak olub. Qubernatorun özü partlayışdan sağ çıxa bilib.

Bildirilir ki, hücuma görə cavabdehliyi "Taliban" radikal qruplaşması öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com