20 Yanvar 2019 22:39
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində azı on polis xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, iğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş və kəsici alətlər atıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib.

Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, milyonlarla yunan Prespan sazişinə qarşıdır.


Müəllif: Teleqraf.com