21 Yanvar 2019 00:28
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə "Twitter"də yazıb.

"Ehtiyatlı olun və evdə oturmağa çalışın. Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı", - deyə Tramp bildirib.


Müəllif: Teleqraf.com