21 Yanvar 2019 08:13
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Asuan şəhərində 4,5 min il bundan əvvəl hökmranlıq etmiş altı fironun qəbiri aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu qəbirlər Böyük Britaniyanın Birmingem universitetinin arxeoloji missiyasının mütəxəssisləri tərəfindən tapılıb.

Qədim Abidələr üzrə Misir Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, bir qəbrin giriş qapısı toxunulmamış qalsa da, ora min illər əvvəl qarət olunub. Onun sözlərinə görə, aşkar olunmuş altı qəbir müxtəlif ölçüdədir.


Müəllif: Teleqraf.com