21 Yanvar 2019 10:08
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Bonne Vie jurnalının təşkil etdiyi “Kino gözəli” müsabiqəsinə bu ildən Azərbaycan da qoşulub.

Teleqraf.com-un məlumatına görə, Bakıda da seçimlər aparan yarışın münsiflər kürsüsündə azərbaycanlı aktrisa Aysel Nazim yer alıb.

Birinci tur yanvarın 27-si Neşve restoranında baş tutacaq. Daha sonra fevralın əvvəli Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat (Təhminə) , Nuri Alco( ilaç qazoz) , Şenol İpek , Engin Çağlar, Selda Alkor və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək.


Müəllif: Aygül Qarayeva