21 Yanvar 2019 17:03
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Trampla dünənki telefon danışığında ABŞ-la ticarət dövriyyəsinin 75 milyard dollara qaldırılması məsələsini yenidən müzakirə elədik. Tramp bu məsələyə toxunmazdan əvvəl dedi ki, təmir məsələlərində necə bacarıqlı olduğunuzu bilirəm, dəmir-poladla bağlı dostlar birgə işləsin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Menbiç şəhəri təhlükəsizliyi təmin olunandan sonra sahiblərinə qaytarılacaq: “Cənab Trampla danışdığımız kimi 20 mil sərhədlərimizdən o yana, təxminən 30-32 kilometrdən söhbət gedir. Rusiyaya səfərimiz olacaq, cənab Putinlə bölgədəki vəziyyəti müzakirə edəcəyik. Biz İdlibdə olmasaydıq, yüz minlərlə insanın ölüm xəbərini alacaqdıq. Amma orada atdığımız addımlar sülhə zəmin yaratdı. Cin şüşədən çıxıb”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə qət etdiyi məsafə sayəsində əsl gücünü daha yaxşı anlayıb: “ Kimsə bu ölkəni yarım əsr əvvələ qaytarmağı hədəfləyərsə, qarşısında əvvəlcə millətimizi görəcək. 1 il əvvəl bəzilərinin nələr dediyini, hansı təhdidlər yağdırdığını xatırlayırsınız, elə deyilmi? Sən demə, bizi bir müddət də Afrindən kənarda saxlayıb hazırlıqların tamamlanmasını istəyirlərmiş. “Fərat qalxanı” əməliyyatında da eyni situasiya ilə üz-üzə qalmışdıq”.


Müəllif: Nərgiz