22 Yanvar 2019 09:32
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən “Naira” sığorta şirkəti dövlətdən 200 milyon dram (400 min dollar) həcmində vergi yayındırıb.

Teleqraf.com xəbər verir ki, şirkət Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana məxsusdur.

Məsələ ilə əlaqədar Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsi tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, Robert Köçəryan hazırda həbsdədir. O, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu