Türkiyənin tanınmış aktyoru Can Nergis “Səhifə” verilişində hər kəsi şoka salan açıqlamalar verib.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, aktyor bildirib ki, qadınlardan çox oğlanlardan sevgi təklifləri alır: “17 yaşım olanda yaşadığım evdən çıxdım. Bir çox dilləri bilirəm. Bir çox yerlərə sadəcə səyahət üçün getməmişəm. 18 yaşımı Pekində qarşıladım.
17 yaşımda internetdə bir menecerlə tanış oldum. Avstraliyalı menecerin sayəsində ölkədən kənarda da iş görməyə çalışdım. Bu illər ərzində bir çox təkliflər aldım. Onlar arasında xoş olmayanları da var. Qadınlardan çox kişilərdən təkliflər aldım.
Həmin vaxt Türkiyədən kənarda yaşayırdım. Bu təkliflər qadına da, kişiyə də var. Hətta “sevgilim ol, maşın verim” deyənlər də tapıldı. Həmin vaxt 22-23 yaşım vardı. İndi evli olduğumu bilə-bilə mesaj yazanlar da olur. Mənsə heç birinə baxmıram”.