22 Yanvar 2019 10:57
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kerç boğazında Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro" gəmilərinin toqquşması nəticəsində yanğın baş verib. Hadisə vaxtı gəmilərdə olan ekipaj üzvlərindən 11 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, gəmilərin birində 17, digərində 14 nəfər olub.

Ekipaj heyətinin 16 nəfəri Türkiyə, qalanları Hindistan vətəndaşlarıdır. Yanğından sonra sağ qalmağa çalışan bəzi ekipaj üzvləri özlərini suya atıblar.

Maye qaz daşıyan tankerlərdə yanğının baş verməsinə ilkin məlumata görə, gəmilərdən birindən digərinə yanacaq ötürülməsi səbəb olub.

Dənizə tullanmaq məcburiyyətində qalanlardan 14 nəfərinin həyatını xilas etmək mümkün olsa da, 5 dənizçinin yeri indiyədək təsbit edilməyib.

Araşdırmalar davam edir.

Hadisənin video-görüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu