23 Yanvar 2019 09:25
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada polis forması geyinərək 160 kiloqram qızıl külçəni oğurlamış 3 şəxs məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, hakim hökm oxuyub.

Məhkəmə qızıl oğruluğunda iştirak edən Tomonori Şiraşiyə 7, Takahiro Şiraneyə 28, Takumi Ucidaya isə 26 il cəza verib.

Onlar 2016-cı ildə Yaponiyanın cənubundakı Fukuoka şəhərində polis forması geyinməklə 160 kiloqram qızılı oğurlamağı bacarıblar.

Qızılı daşıyan qrupun qarşısını kəsən oğrular onları polis reydi adı ilə aldadıblar.


Müəllif: Cavad