22 Yanvar 2019 11:40
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda türkəçarə ilə müalicə xidmət və peşə təsnifatında yer alacaq.

Teleqraf.com-un məlumatına görə, bu məsələ Məşğulluq və Əmək Münasibətləri Nazirliyinin müvafiq hüquqi-normativ sənəd layihəsinə daxil edilib.

Xalq təbabəti ilə məşğul olanların ali təhsil alması vacib sayılır.

Bu müalicə üsulu Özbəkistanda 2018-ci ildə tanınıb və ona əhaliyə tibbi yardım göstərilməsində əlavə metod kimi baxılır.

Xalq təbabətinə ənənəvi tibb, onunla məşğul olan mütəxəssislərə isə digər həkimlər kimi yanaşmaq nəzərdə tutulur.

Buxarada artıq Xalq Təbəbəti Mərkəzinin yaradılmasına başlanılıb. Mərkəzdə xəstələr bitki, bal, duz və yağlarla müalicə alacaqlar.


Müəllif: Mahir