22 Yanvar 2019 14:42
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyanın ölkənin iqtisadi inkişafı ilə maraqlanmadığı göz qabağındadır. Arzulamaq başqa, iş görmək başqa... Paşinyandan xoş sözlər eşitmək əladır, amma bu, əməlləri ilə uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş hakim Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Şarmazanov Ermənistan baş naziri üçün şəxsi maraqlarının dövlət maraqlarından üstün olduğunu bildirib:

“Paşinyana görə, parlament seçkiləri Ermənistanda demokratiyanı gücləndirib. Lakin o, vaxtilə müxalifəti üzərinə asfalt tökəcəyi, asacağı ilə hədələməsini yaddan çıxarır.

Nəticə etibarı ilə ilk dəfə olaraq, Ermənistan parlamentində real müxalifət yoxdur. Parlament sədrinin 131 səslə seçilməsi bunun sübutudur. Digər yandan da “iqtisadi inqilab”dan danışır. Lakin Paşinyan bu istiqamətdə ciddi proqramlarla performans göstərmək yerinə, öz xoş arzularından danışır”.

Qeyd edək ki, Respublikaçı Partiyasının rəhbəri Ermənistanın keçmiş prezident Serj Sərkisyandır.


Müəllif: Mənsur Rəğbətoğlu