22 Yanvar 2019 14:51
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın vitse-prezidenti Mayk Pens və həyat yoldaşı Karen Pens xristianlığın ən pis təmsilçiləridir”.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri tanınmış pop ulduz Ledi Qaqa deyib.

Karen Pens özləri və ailə üzvləri homoseksual olan şagirdləri qəbul etməyən məktəbdə dərs keçməyə başlayıb. Vitse-prezidentin xanımının qərarına Ledi Qaqa sərt reaksiya verib.

Məktəb şagirdləri qeydiyyata almazdan əvvəl müqavilə imzaladaraq cinsi əxlaqsızlığı dəstəkləyən və ya buna göz yumanların, homoseksual və ya biseksual şəxslərin məktəbə qəbul olunmayacağını elan edib.

Ledi Qaqa bu qərarı sərt qarşılayıb: “Siz xristianlara qarşı ayrı-seçkilik edilməməsinin lazım olduğunu söyləyirsiniz. Özünüz xristianlığın ən pis nümayəndələrisiniz. Mən xristian qadınam və mənim bildiyim xristianlıq qərəzi qəbul etmir, hər kəsə qucaq açır. Cənab Pens, bu utanc sizə aiddir, güzgüyə baxsanız, görəcəksiniz”.

Mayk Pens məşhur ifaçının sözlərinə xristian telekanalı EWTN-də cavab verib.

O, böyük media quruluşlarının xristianlıq təhsilinə hücumunun qəbuledilməz olduğunu söyləyib.

Qeyd edək ki, Karen Pens həyat yoldaşı vitse-prezident seçilməzdən öncə 12 il Vircinayadakı İmmanuel xristian məktəbində işləyib.


Müəllif: Nərgiz