22 Yanvar 2019 15:16
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü əsilli məşhur rusiyalı müğənni Keti Topuriya repçi sevgilisi Quffdan ayrıldıqdan sonra inanılmaz dərəcədə arıqlayıb.

Teleqraf.com xəbər verir ki, depressiya dönəmindən keçən sənətçinin sosial şəbəkədə paylaşdığı foto pərəstişkarlarını kədərləndirib.

Sürətlə arıqlaması Topuriyanın özünü də narahat edib.

Pərəstişkarları bütün hallarda gözəl olduğunu desə də, yaranmış vəziyyət onu narahat edir. İndi isə Keti kökəlmək üçün bütün vasitələrə əl atır. Hələ ki bunun öhdəsindən gələ bilməyib.

Mükəmməl bədənə qayıtmaq üçün innən sonra ən azı 3 kiloqram kökəlməlidir. Özü isə bu barədə pessimistdir və bunun çətin olduğunu deyib.

Keti Topuriyanın fotosunu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu