22 Yanvar 2019 16:12
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-22M3 tipli bombardımançı təyyarə Murmansk vilayətində hərbi aerodroma eniş əsnasında qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bombardımançı təyyarə Oleneqorskdakı aviasiya alayının hava sahəsinə enərkən qəzaya uğrayıb. Qəza Moskva vaxtı ilə saat 13:40-da baş verib.

Mənbə bildirib ki, Tu-22M3-ün dörd ekipaj üzvündən yalnız komandir və şturman xilas ola bilib.


Müəllif: Səxavət