22 Yanvar 2019 16:39
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ də elmi cəhətdən yuxunun sirri tam mənada açılmayıb. Bu sahədə müxtəlif elmi nəzəriyyələr olsa belə, yenə də bu “dügün” ətraflı şəkildə açılmayıb.

Ən maraqlısı isə odur ki, tarixdə bir çox elmi kəşflər, ixtiralar məhz yuxuda kəşf olunub.

Teleqraf.com məşhurların yuxuda ərsəyə gətirdiyi bir sıra kəşfləri təqdim edir:

- 1816-ci ildə Mari Şelley məşhur romanındakı Frankensteini yuxuda gördü və qələmə aldı. Beləcə o, ilk elmi fantastika romanının əsasını qoydu.

- “The Beatles” qrupunun dünya şöhrətli mahnısı “Yesterday”in bəstəsi də yuxuda yazılıb. Paul Mkkartney 1965-ci ildə səhər ağlında bir bəstə ilə oyandı və dərhal pianonun başına keçib ailəsi və dostları üçün ifa etdi. Hətta bu musiqini hardasa eşidib-eşitmədiklərini sual etdi. Mahnının özünə məxsus olduğunu qətiləşdirdikdən sonra Con Lennon ilə birlikdə sözlərini yazdılar.

- Kvant mexanikasının atası sayılan Niels Bohr atomun quruluşu üzərində çox baş sındırırıdı. Lakin bir nəticə hasil olmurdu. Bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü. Həmin kəşfinə görə Fizika üzrə Nobel Mükafatınalayiq görüldü.

- Alman əsilli farmakoloq Otto Lou isə sinir hüceyrələrində siqnal çatdırılmasının elektrik deyil, kimyəvi olduğunu yuxusunda görmüşdü. Maraqlısı ondadır ki, alim ilk dəfə yuxusunda gördüklərini heç cür xatırlaya bilməmişdi. Lakin ertəsi gün eyni yuxunu təkrar görür və bu dəfə şansı əldən vermir, dərhal qələmə alır. Bu kəşfi ona Nobel mükafatı qazandırır.

- Albert Eynşteyn bir gecə yuxusunda özünü bir dağdan aşağıya işıq sürətilə sürüşdüyünü görür. Oyandıqdan sonra bu yuxu ilə bağlı xeyli baş sındırır və qiymətli bir nəticə əldə edir. Eynşteyn bu yuxu sayəsində relyativistik mexanika nəzəriyyəsini inkişaf etdirmiş olur. Bunu özü dəfələrlə etiraf etmişdi.


Müəllif: Rəsul