23 Yanvar 2019 00:30
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.

WHEC telekanalının məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 16-20 yaşlarında 4 kişidir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.


Müəllif: Mənbə/Report