23 Yanvar 2019 09:09
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 23 regionunda zibil islahatına qarşı etiraz aksiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, fevralın 3-nə təyin olunmuş etiraz aksiyası ilə bağlı müraciətlərin bəzisinə artıq müsbət cavab verilib.

"Rusiya zibil qutusu deyil" şüarıyla nəzərdə tutulan mitinq təşəbbüsünə Moskva, Sankt-Peterburq, Tatarıstan, Arxangelsk, Rostov, Tombov, Novosibir, İrkutsk, Tümen kimi nüfuzlu vilayət və diyarlar qoşulub.

Qeyd edək ki, Rusiyada 1 yanvar 2019-cu ildən zibilin daşınması qaydaları dəyişidirilib, tariflər yüksəldilib və bu iş yerli orqanların öhdəsinə buraxılıb.

Dəyişikliklə bağlı əvvəllər də etiraz aksiyası keçirilib.


Müəllif: Mahir